Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran neft hasilatının dondurulması təşəbbüsünü dəstəklədiyini bəyan edib

© wit-investБижан Намдар Зангане
Бижан Намдар Зангане - Sputnik Azərbaycan
Abunə olmaq
Bijən Namdar Zangənə:İran neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEK-ə daxil olan və olmayan istehsalçı ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəkləyir.

BAKI, 17 fev-Sputnik. İran neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEK-ə daxil olan və olmayan istehsalçı ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəkləyir.

Sputnik "Report"a istinadla xəbər verir ki, "Reuters" bunu Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio Del Pino, İraqın neft naziri Adil əbd əl-Məhdi və Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Sada ilə Tehranda keçirilmiş görüşün nəticələrini şərh edən İranın neft naziri Bijən Namdar Zangənənin dediyini yazıb.

Nazir neftin qiymətinin sabitləşdirilməsi üçün atılan zəruri addımlardan sayılan "qara qızıl" hasilatının dondurulması təşəbbüsünü dəstəklədiyini bildirib.

Xəbər lenti
0