ABŞ-ın Federal Ehtiyat Sistemi bu ilin ilk yarısında faiz artımı edə bilər

Abunə olmaq
Filadelfiyanın Federal Ehtiyat bankının rəhbəri: Faiz artırımı ehtimalı masadan qalxmış deyil.

BAKI, 17 fev — Sputnik. Filadelfiyanın Federal Ehtiyat bankının rəhbəri Patrick Harker ABŞ-da inflyasiyanın hazırda hədəfin altında olmasına və maliyyə bazarlarındakı qarışıqlığa rəğmən FED-in bu ilin ilk yarısında faiz artırımı edə biləcəyini söyləyib.

Bu barədə Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir.

“Faiz artırımı ehtimalı masadan qalxmış deyil”-deyən Harker FED-in nə zaman faiz artıracağını bilmədiyini, faiz artırımı məsələsində əllərində əvvəldən təyin olunmuş bir təqvim olmadığını vurğulayıb.

Harker deyib ki, bəzi ödəniş təzyiqlərinin meydana gəlməyə başladığını görürük, ancaq bunun inflyasiyaya köçürülməsi bir az zaman alacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ-ın Federal Ehtiyat Sistemi (Federal Reserve System) uçot dərəcəsini 0,25%-dən 0,5 %-dək artırıb.

Xəbər lenti
0