Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda üç ev yandı

© reyndar.orgYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt Bakıda üç evdə yanğın olub.

BAKI, 17 fev — Sputnik. Bakının Binəqədi rayonunda 3 evdə yanğın baş verib.

Sputnik-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 56 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş, digər vətəndaşa məxsus ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadrat metr sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 300 kvadrat metr (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kvadrat metr sahədə yanıb. Nəticədə 2 ədəd plastik pəncərə yüksək temperaturdan əriyib.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər lenti
0