BAKI, 17 fev — Sputnik. Daha çox azyaşlı uşaqların sevdiyi "Pikolo" konfetinin içərisindən çıxan nazik məftil görənləri heyrətə salıb. Belə bir hala Sahil qəsəbəsində rast gəlinib.
4 yaşlı qızı "Pikolo"nu sevdiyi üçün tez-tez ona bu şirniyyatdan aldığını deyən, paytaxt sakini Ülviyyə Əliyeva həmin hadisədən sonra evə konfet almağa çəkindiyini deyir: "Valideynlər hər şeyə diqqətli olsunlar. Aldıqları qidaları ilk əvvəl özləri açıb yoxlasınlar, daha sonra uşağa versinlər".
© Sputnik / Fuad Hasanov"Pikolo" konfetləri
"Pikolo" konfetləri
© Sputnik / Fuad Hasanov
Ülviyyə Əliyeva həmin şirniyyatın şəklini çəkərək Sputnik-ə göndərib.