CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu nazirlikdə yeni qurum yaradıldı

© Sputnik / Shahperi AbbasovaEkologiya və Təbii sərvətlər nazirliyi
Ekologiya və Təbii sərvətlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazir müavini Firdovsi Əliyev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər

BAKI, 17 fev — Sputnik. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Apellyasiya Şurası yaradılıb. Bu barədə ETSN-in mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.

Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri - Sputnik Azərbaycan
TƏHLİL
Millət vəkilindən ilginc açıqlama: "Hansısa məmur situasiyadan istifadə edə bilər"

Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.

Xəbər lenti
0