“AGBank”ın rəhbərliyi yenidən formalaşdırılacaq

Abunə olmaq
İclas aprelin 5-də, saat 11:00-da bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında keçiriləcək.

BAKI, 16 fev — Sputnik. “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bankdan verilən məlumata görə, yığıncağın gündəliyinə bankın nizamnamə kapitalının 100 mln. manat artırılması, idarə heyətinin ötən il üzrə hesabatı, audit komitəsinin hesabatı, bankın maliyyə nəticələrinin təsdiq edilməsi, müşahidə şurasının tərkibinin və audit komitəsinin tərkibinin təsdiqi daxildir.

İclas aprelin 5-də, saat 11:00-da bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında keçiriləcək.


Xəbər lenti
0