Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Texnikabank”ın əmanətçilərinə 4 milyon manata yaxın kompensasiya ödənilib

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Abunə olmaq
“Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna başlanılıb.

BAKI, 16 fev — Sputnik. Fevralın 12-dən agent bankların filiallarında sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə 3,9 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

Xəbər lenti
0