CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

40 ildir "dizi yerə gəlməyən" qoca...

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidKAMAZ
KAMAZ - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən dözümlü yük avtomobillərindən olan "KamAZ" bu gün də öz populyarlığını itirməyib. Sürücülər və təmirçilər onun yeni yük maşınlarından daha etibarlı olduğunu deyirlər.

BAKI, 16 fev — Sputnik. Rusiyanın, dünyada ən çox tanınan əfsanəvi yük avtomobili olan "KamAZ"ın istifadəyə verilməsindən 40 il ötür. 1976-cı ilin bu günündə ilk "KamAZ" zavodun konveyerindən çıxaraq fəaliyyətə başlayıb.

"KamAZ" yük avtomobili Azərbaycanda da geniş istifadə olunur. Şirkətin Bakı şəhərindəki rəsmi ofisindən Sputnik-ə verilən açıqlamada bu avtomobilə tələbatın çox olduğu bildirilib.

Kommersiya məsələləri üzrə direktor Kamran Abbasov Sputnik-ə müsahibəsində KamAZ-ın dözümlülük baxımdan digərlərindən fərqləndiyini deyib: "Bu yük avtomobillərinin qiymətləri buraxılış ilinə görə fərqlənir. Misalçün, 1980-ci illərdə istehsal olunan "KamAZ"ları bazardan 2000-3000 manata almaq olar. 1995-2000-ci illər arasında istehsal olunan "KamAZ"ların qiymətləri 8-15 min AZN, 2005-2015-ci illər arası istehsal olunanları isə 40000-80000 manat arası almaq olar".

© Sputnik / Sozinov / Mediabanka keçidАвтомобили КАМАЗ 1974 года производства
Автомобили КАМАЗ 1974 года производства - Sputnik Azərbaycan
Автомобили КАМАЗ 1974 года производства

Uzun illər "KamAZ" sürücüsü olan, 64 yaşlı Əhməd Quliyev bu avtomobili özünün ən yaxın dostu hesab edir. "Bu maşını sovet dövründən bəri istifadə edirəm. Yoldaşlığımız təxminən 35 ilə dayanır. Ara-sıra aramızda yaşanan incikliyi (gülür —red.) bir kənara qoysaq, bir dəfə olsun mənim üzümü qara çıxarmayıb", —deyə Ə. Quliyev Sputnik-ə açıqlamasında bildirdi.

Yük avtomobillərinin təmiri ilə məşğul olan Rasim Hüseynov da "KamAZ"ı "qeyrətli" maşın kimi dəyərləndirir: "Doğrudur, xarab olmayan texnika, nəqliyyat vasitəsi yoxdur. Hər bir detalın istifadə müddəti var. Məsələ ondadır ki, "KamAZ"a yaxşı qulluq eləsən və zamanında müşkülünü həll etsən, səni heç vaxt darda qoymaz. Yəni, başqa yük maşınlarından fərqli olaraq, mız-mızı deyil".

Paytaxt yaxınlığındakı karxanada çalışan Vəli Abbasov deyir ki, müasir dövrdə istehsal olunan yük avtomobilləri "nərmə-nazik"dirlər, yəni ağır yük altında tez sıradan çıxırlar: "Burda gördüyünüz kimi, daş-çınqıl yüklənən avtomobillərin, demək olar ki, hamısı "KamAZ"dır. Əvvəllər təzə maşınlar da gəlirdi, amma bir neçə dəfə ağır yük altına girdikdən sonra xarab olmağa başladılar, ehtiyat hissələri də baha. Amma bax bu "KamAZ"lar 30-40 ilin maşınlarıdır, hələ də dizləri yerə gəlməyib, onlarla hər gün dayanmadan ora-bura yük daşıyırlar".

© Sputnik / Fuad HasanovАвтомобили КАМАЗ в процессе работы
Автомобили КАМАЗ в процессе работы - Sputnik Azərbaycan
Автомобили КАМАЗ в процессе работы

Açıqlaması "Камский автомобильный завод", yəni Kama Avtomobil Zavodu adlanan müəssisə Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinin istehsalı üzrə ixtisaslaşmış kompleksdir. Zavod dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir.

1960-cı illərdə SSRİ-də ehtiyacları ödəmək üçün sənaye avtomobilləri çatışmırdı. Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi. Avtomombil sürətli, rahat, ağır tonlajlı və dinamik olmalı idi. Amma ölkədəki zavodların heç biri bu imkanları ödəmirdi.

1969-cu ilin avqustunda Volqa və Kama çaylarının kəsişməsində, dəmir yolunun yaxınlığında ölkənin bütün problemlərini həll edən bir kompleks inşa olunmağa başladı. Proyektə görə zavod ildə 150 min avtomobil və 250 min mühərrik istehsal edəcəkdi.

1969-cu il dekabrın 13-də zavodun bünövrəsi qoyuldu. 1974-cü ilin mayında "KamAZ"ın ilk mühərriki buraxıldı. 1975-ci il dekabrda zavodun ilk "N1" markalı güclü aqreqatı istehsal olundu. 1976-cı ilin 16 fevralında isə birinci Kamsk markalı avtomobil istehsal olundu. Hazırda zavod Rusiya və dünyanın ən irilərindən biri hesab olunur.

Xəbər lenti
0