"Almaniya hökuməti qaçqınları ölkəyə buraxmalıdır, ya yox?" sualına cavab olaraq rəyi soruşulan sakinlərin 41% bildirib ki, hökümət artıq qaçqınları qəbul etməməlidir (bu, 2015-ci il oktyabrın 6-da keçirilmiş analoji sorğudakı cavabdan 6% çoxdur). Müsbət münasibət bəsləyərək "buraxmalıdır" cavabını verənlərin statistikası da əhəmiyytəli dərəcədə, yəni 7% azalıb (müsbət cavab verənlərin sayı 51% fazi təşkil edib, bundan əvvəlki sorğuda isə bu rəqəm 58% olmuşdu).
Sorğu Populus tədqiqat şirkəti tərəfindən Sputnik agentliyi üçün 25 sentyabr-15 oktyabr 2015-ci ildə və 3-4 fevral 2016-cı ildə həyata keçirilib. Respondentlər əhalinin cins, yaş və coğrafi kateqoriyalarını əhatə ediblər.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu Sputnik-ə açıqlamasında Avropada, xüsusən də Almaniyada miqrantlara qarşı münasibətin kəskinləşməsinin yarada biləcəyini fəsadlardan danışıb. Politoloqun sözlərinə görə, miqrantların yaşadığı fərdi faciələrdən daha çox ümumbəşəri faciədir: "Konkret hər bir insanın fərdi faciəsi yaşanır. Bu gün Avropa miqrantlara fərdi faciələrdən daha çox ümumbəşəri dəyərlərin faciəsini yaşadır. Avropa sübut eləyir ki, dünyada dəyər yoxdur. Nə qədər ki, özünün daxilində müəyyən bir sabitlik var idi, müəyyən prossesləri idarə eləyə bilirdi və hamıya ağıl öyrədirdi. Amma, elə ki özünün qarşısına ciddi problemlər çıxdı, bəlli oldu ki, Avropa heç də dəyərlərə sadiq deyil".
"Yəni bunlar nəzərə alınmalıdır. İlk növbədə Almaniya o biri dövlətlərə hamıdan çox ağıl verə bilməz. Baş verən prosseslər Almaniyanı və Avropanının digər dövlətlərini başqa dövlətlərə məsləhət vermək, yol göstərmək hüququndan məhrum elədi", —deyə politoloq bildirib.
Beynəlxalq ictimai rəyi öyrənən "Sputnik.Mneniya" layihəsi 2015-cı ilin yanvarından fəaliyyətə başlayıb. Tərəfdaş qismində məşhur tədqiqat şirkəti Populus çıxış edir. Sputnik.Mneniya layihəsi çərçivəsində Avropa ölkələri və ABŞ-da daha aktual sosial və siyasi məsələlərə dair ardıcıl sorğular həyata keçirilir.
Sputnik (sputniknews.com) — onlarla ölkədə multimediya şəbəkəsi olan informasiya agentliyi və radiosudur. Sputnik özündə saytları, analoq və rəqəmsal radio yayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələrəli birləşdirir. Abunəçilər üçün Sputnik-in xəbər lentisutkalıq ingilis, ərəb, ispan və çin dillərində yenilənir.