BAKI, 16 fev — Sputnik. "Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək". "Report" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşündə deyib.
O bildirib ki, Bakının bütün doqquz mikrorayonunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb: "Həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək. Tikinti şirkətlərinə bu layihədə iştirak etmələri tövsiyə olunur".