Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Meteohəssas insanlara xəbərdarlıq!

© AzərtacGünəşli hava
Günəşli hava - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 17-də Abşeron yarımadasında atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

BAKI, 16 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Günəşli hava - Sputnik Azərbaycan
CƏMİYYƏT
Havanın temperaturu yüksələcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Fevralın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 17-də Abşeron yarımadasında atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti
0