Almaniyada qaçqınların ölkəyə gəlməsindən narazıların sayı artır

Abunə olmaq
Keçirilimiş sorğuda göstərildiyi kimi, Köln hadisələrindən cəmi bir ay ötəndən sonra, qaçqınların ölkəyə buraxılmasından razı olan almanların sayı 7% azalıb

Hökümətin qaçqınları ölkəyə buraxmalı olması ilə razılaşan almanların sayı, bir ay öncə Kölndə baş vermiş hadisələrdən sonra 7% azalıb. Bu, Britaniyanın məşhur tədqiqat şirkəti Populus-in Sputnik beynəlxalq informasiya agentliyi və radiosu üçün apardığı sorğunun nəticələrində öz əksini tapıb.

"Almaniya hökuməti qaçqınları ölkəyə buraxmalıdır, ya yox?" sualına cavab olaraq rəyi soruşulan sakinlərin 41%-i bildirib ki, hökümət artıq qaçqınları qəbul etməməlidir (bu, 2015-ci il oktyabrın 6-da keçirilmiş analoji sorğudakı cavabdan 6% çoxdur). Müsbət münasibət bəsləyərək "buraxmalıdır" cavabını verənlərin statistikası da əhəmiyytəli dərəcədə, yəni 7% azalıb (müsbət cavab verənlərin sayı 51% fazi təşkil edib, bundan əvvəlki sorğuda isə bu rəqəm 58% olmuşdu).

Sorğu Populus tədqiqat şirkəti tərəfindən Sputnik agentliyi üçün 25 sentyabr-15 oktyabr 2015-ci ildə və 3-4 fevral 2016-cı ildə həyata keçirilib. Respondentlər əhalinin cins, yaş və coğrafi kateqoriyalarını əhatə ediblər.

Beynəlxalq ictimai rəyi öyrənən "Sputnik. Mneniya" layihəsi 2015-cı ilin yanvarından fəaliyyətə başlayıb. Tərəfdaş qismində məşhur tədqiqat şirkəti Populus çıxış edir. "Sputnik.Mneniya" layihəsi çərçivəsində Avropa ölkələri və ABŞ-da daha aktual sosial və siyasi məsələlərə dair ardıcıl sorğular həyata keçirilir.

Sputnik (sputniknews.com) — onlarla ölkədə multimediya şəbəkəsi olan informasiya agentliyi və radiosudur. Sputnik özündə saytları, analoq və rəqəmsal radio yayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Abunəçilər üçün Sputnik-in xəbər lenti sutkalıq ingilis, ərəb, ispan və çin dillərində yenilənir.

Xəbər lenti
0