Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda yeni sürüşmə sahələri açıqlandı

© AZƏRTACTorpaq sürüşməsi
Torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Daha çox sürüşmə sahələri cənub bölgəsində əmələ gəlib. Lənkəran-Lerik yolunda tez-tez torpaq sürüşməsi baş verir. Yol çəkilən zaman yamac kəsilib. Nəticədə çökmə və yaxud sürüşmə baş verib.

BAKI, 16 fev — Sputnik. "Son dövrlər ölkə ərazisində yeni sürüşmə sahələri daha çox cənub bölgəsində yaranıb". Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, yeni sürüşmə sahələrinin yaranması cənub bölgəsindəki süxurların xüsusiyyətindən qaynaqlanır: "Məsələn, Lənkəran-Lerik yolunda tez-tez torpaq sürüşməsi baş verir. Yol çəkilən zaman yamac kəsilib. Bunun da təsiri olur. Bundan başqa cənub bölgəsindəki torpaq, süxurlar tez islanır, tez doyur və müvazinətini tez itirir. Nəticədə çökmə və yaxud sürüşmə baş verir".

Xəbər lenti
0