BAKI, 16 fev — Sputnik. Suriyada iki məktəb və beş xəstəxanaya endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub.
Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Fərhan Hak bəyan edib.
Ölənlər arasında uşaqların da olduğu qeyd olunur. “Pan Gi Mun Suriyada tibb müəssisələri və məktəblərin atəşə tutulmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib”, deyə F.Haq bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, öz növbəsində, hücumların Bəşər Əsəd rejimi və onun tərəfdaşları tərəfindən həyata keçirildiyini bildirib, bu hərəkətlərin Münhen razılaşmalarına zidd olduğunu vurğulayıb.