BAKI, 15 fev – Sputnik. Belçikanın Purs (Antverpen) şəhərində akrobatika gimnastikası üzrə ilin ilk Dünya Kuboku keçirilib.
İdman və turizm nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu finala vəsiqə qazanaraq nəticədə 5-ci yerdə qərarlaşıb.
Paralel olaraq keçirilən, “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə isə qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı 1-ci yerə layiq görülüb. Beynəlxalq arenada debüt edən, Abdulla Əl–Məşayxi və Ruhidil Qurbanlıdan ibarət ölkənin ikinci dueti isə yalnız Avstraliyadan olan cütlüyü önə buraxaraq, 3-cü yerə layiq görülüblər.