BAKI, 15 fev — Sputnik. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub. Bu barədə Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində O, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.