BAKI, 15 fev — Sputnik. İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub.
Qaliley elmi inqilabda böyük bir rol oynayıb. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. Stephen Havkinq "Qalileo, bəlkə digər insanlardan müasir elmin doğuşundan məsul olduğu üçün daha çox insan idi" deyir.
Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edir. 1583-cü ildən etibarən riyaziyyata maraq duyan Qalileo, bu mövzudakı işləri sayəsində, 1589-cu ilda Pizada professorluq əldə edir.
Mexaniki rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncə ilə riyazi olaraq ələ alınmasını təklif edir. Qalileo Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edir. Onun fikrincə bütün şərtlər bərabər olduqda hər cismin düşmə sürəti, ağırlığından asılıdır. Bu təklifi yaşlı professorlarla münaqişəyə səbəb olur. 1592-ci ildə o Pizanı tərk edərək, Paduya Universitetində riyaziyyat kafedrasına gəlir.
1597-ci ildə praktikada çox faydası olan kompası ticari olaraq bazara çıxartdı. 1600-cü ildən dərhal sonra primitiv bir termometr, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilmək üçün bir rəqqas və 1604-cü ildə sərbəstdüşmənin riyazi qanunlarını kəşf etdi. Ancaq onun bərabərtəcilli hərəkət anlayışında səhv var idi. O, 1609-cu ildə Hollandiyada teleskopun olduğunu eşitdi və özü daha təkmil alət düzəldərək astronomiya müşahidələrində istifadə etdi. 1610-cu ildə Aydakı dağlar, ulduz topaları və Süd yolu barədə ilk təsbitlərini nəşr etdirdi. Bu vaxt Yupiterin dörd peykinin varlığını bildirdi. Onun bu kitabı oxucularda çox maraq oyandırdı və onun Florensiyada saray riyaziyyatçısı olmasını təmin etdi. Dərhal sonra Venera planetinin fazaları və Saturnun şəkli haqqında məlumat verərkən, astronomiyada qəbul edilmiş Ptolemey sistemini şübhə altına aldı.
1611-ci ildə Romaya getdi və oradakı Elmlər Akademiyasına üzv seçildi. Florensiyaya dönüşündə hidrostatika üzərinə bir çox professorun etirazına səbəb olan kitabı ilə 1613-cü ildə günəş ləkələri üzərinə yazdığı əsərini nəşr etdi. Bu əsərində Kopernik sistemini açıq bir şəkildə müdafiə etdi. Bundan ötəri kilsə inkvizisiyasının ağır hücumuna məruz qaldı. 1615-ci ildə şəxsən Romaya gedərək öz iddiasını müdafiə etsə də, yalnız 1616-cı ildə Papa Beşinci Paul tərəfindən kitablarını tədqiqi üçün bir komissiya yaradıldı. Bu komissiya Qalileonun kitablarını qadağan etmədi. Yalnız dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istədi.
Qalileo, bir müddət elmin praktik istiqamətinə döndü, mikroskopu inkişaf etdirdi. Ancaq 1618-ci ildə üç kometanın görülməsi zamanı kilsə ilə münaqişəyə girdi. Dostunun VIII Urban adı ilə Papa seçilməsindən cəsarətlənərək yazdığı "İki Kainat Sistemi Barədə Dialoq" adlı əsərini 1632-ci ildə nəşr etdirdi. Kitab kilsə tərəfindən edilən xəbərdarlıqlarla ziddiyyət təşkil etdiyi üçün Romada məhkəməyə çağırıldı. 1633-cü ildə bu kitab qadağan edildi və Müqəddəs İnkvizisiya tərəfindən ömürlük həbsə məhkum edildi. Cəzası ev həbsi ilə əvəz edildi. Yetmiş yaşında həbs edilən Qalileo kor oldu və 1642-ci ildə həyatını itirdi.