BAKI, 14 fev — Sputnik. Gəncədə qadın yanıb.
APA-nın məlumatına görə, Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədənin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilƏn qadının vəziyyəti ağır qiymətləndirilir.
Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik mƏlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.