BAKI, 14 fev-Sputnik. Liviyanın sahil mühafizə qüvvələri 1,66 mln. litr qaçaqmal dizel yanacağı daşıyan "Captain Khayyam" tankeri saxlanılıb.
Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb. Xəbərə görə, saxlanılan tanker Liviya paytaxtı Tripolidəki dəniz bazasına gətirilib.
"Sahil mühafizə qüvvələri ərazidə patrul xidməti çəkərkən göyərtəsində 1,66 mln. litr dizel yanacağı olan tanker saxlayıb", — deyə Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib.
O həmçinin əlavə edib ki, saxlanılan 12 nəfərdən ibarət heyət üzvləri arasında Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşları var.
Liviya sahillərində dizel qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlının kimliyi hələ ki, açıqlanmayıb. Mövzuya qayıdacağıq.