Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə yol qəzası baş verib, yaralılar var

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

BAKI, 14 fev — Sputnik. Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hələlik markası və sürücüsü məlum olmayan avtomobil yol ilə hərəkətdə olan “QAZel”ə çırpılıb və hadisə yerindən uzaqlaşıb. Qəza zamanı “QAZel”də olan 3 nəfər — 24 yaşlı Əziz Həsənov, 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsində qəzanı törədən avtomobilin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər lenti
0