Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sevgililər günü sərgisi, Tıq-tıq xanım və digərləri. Bazar gününün afişası

© Sputnik / Murad OrujovBakının mənzərəsi
Bakının mənzərəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sevgililər günündə xoş istirahət etmək istəyənləri maraqlı proqramlar gözləyir.

BAKI, 14 fev — Sputnik. 14  fevral istirahətini səmərəli keçirmək istəyənləri Bakı şəhərinin teatrında nümayiş olunacaq tamaşalar, kinolarında nümayiş olunacaq filmlərlə tanış edirik.

Kino

1. Əxlaqsız baba 

Toy qabağı babasının yanına səyahət, Ceysonun həyatını tamam dəyişir. Macəra və komediya jannırında olan film izləyərək gözəl dincəlmək mümkündür. 

2. Dedpul

Keçmiş Çevik Ordu operativi killerə dönür və “X Silahı” eksperimentində iştirak edir. Və bu ona güc və özünü sağaltma bacarığı verir. Lakin nəyin bahasına?.. 18+ olan bu filmə uşaqlarsız getməniz məsləhətdir.

3. Kardeşim Benim

Sakit və sirli bir xarakterə sahib olan Hakan, 30 yaşında alternativ musiqi ilə məşğul olan bir sənətkardır. Ulduzlugdan uzaq bir həyat sürməyə çalışsa da qardaşı Ozan ilə olan küsülülükləri bir qəzetin diqqətini çəkir. 

4. Buni Ayıları: Əsrarəngiz qış

Köhnə dostların sədaqəti, yeni maraglı tanışlıqlar və dogma diyarın xilası üçün həmrəylik haqqında bəhs edən əyləncəli nağıl. Uşaqları və böyükləri əyləndirən və istirahətini təmin edəcək bir filmdir.

Sərgi

Sevgililər gününə həsr olunmuş sərgi — "Çıraq Plaza"da keçiriləcək sərgidə həm mədəni dincələ biləcəksiniz, həm də dadlı yeməklərdən dada biləcəksiniz. Biletin qiyməti 99 manatdır.

Teatr

1. “Qızıl toy” operettası

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Qızıl toy” operettasının premyerası olacaq. Ramiz Heydərin librettosunu yazdığı bəstəkar Oktay Kazıminin operettası.

Tamaşanın quruluşçu dirijoru — əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssam — Vüsal Rəhim, kostyum üzrə rəssam modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru — Gülnarə Xəlilova, baletmeyster — Zakir Ağayev və Yelena Ağayeva, dirijor — Fəxrəddin Atayev, xormeyster — Vaqif Mastanov, konsertmeyster-Nərminə Əbdürrəhmanova, rejissor assistenti — Tamilla Aslanovadır.

Əsas rollarda əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Gültac Əlili, Türkel Şabanova və başqaları iştirak edirlər.

2. Tıq-tıq xanımın nağılı

Dövlət Pantomima teatrında 14 fevral 14:00-da Tıq-tıq nağılı göstəriləcək. Quruluşçu rejissor Nargilə  Qurbanova, rəssam Sənubər Səmədovadır. 

Xəbər lenti
0