Kerri Əsədi Suriyaya quru qoşunlarının yeridilməsi ilə hədələyib

© REUTERS / Nicholas Kamm/PoolU.S. Secretary of State John Kerry
U.S. Secretary of State John Kerry - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.

BAKI, 13 fev — Sputnik. “Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu, Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”.

Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

Kerri bildirib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək.

Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.

O, həmçinin İraqdakı “Hizbullah” döyüşçülərinin və şiə üsyançılarının Bəşər Əsəd tərəfdən münaqişədə iştirakına etiraz edib, bildirib ki, onların yeri Suriya deyil: "Onlar öz vətənlərinə qayıtmalıdırlar".

Xəbər lenti
0