BAKI, 12 fev-Sputnik. Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və heç bir qənaətə ehtiyac yoxdur.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, son günlər bəzi internet saytlarında Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
"Azərişıq" ASC-nin mətbuat xidməti, bəzi internet saytlarında Bakı şəhərinin küçə, park, fasad və s. yerlərin işıqlandırılmasının qənaət rejimində olması ilə bağlı məlumatlara dair sualı Bakı Şəhər İcra Hakimiyyətlərinə yönəltməyi tövsiyə edib. ASC həmçinin bildirib ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və hər hansı qənaət rejiminə keçməyə ehtiyac yoxdur. Bakı şəhəri və digər ölkə şəhərlərinin küçə, park və s. işıqlandırılması məsələsinə Şəhər İcra Hakimiyyətləri baxır. Bu barədə sualların da Şəhər İcra Hakimiyyətlərinə ünvanlanması tövsiyə olunur.