Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"LovEmin", "Və tufan qopdu", "Toya bir gün qalmış". Şənbə gününün afişası

© sputnik.azAkademik Milli Dram Teatri
Akademik Milli Dram Teatri - Sputnik Azərbaycan
Abunə olmaq
Şənbə istirahətini səmərəli keçirmək istəyənləri paytaxtda həmin günə nəzərdə tutulmuş maraqlı tədbirlərlə tanış edirik.

BAKI, 12 fev — Sputnik. Şənbə istirahətini səmərəli keçirmək istəyənləri Bakı şəhərinin teatrında nümayiş olunacaq tamaşalar, kinolarında nümayiş olunacaq filmlər və digər tədbirlərlə tanış edirik.

Sərgilər

1. “LovEmin” adlı foto sərgi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi peşəkar fotoqraf Emin Məmmədovun “LovEmin” adlı wedding foto sərgisi 12-13 fevral 2016-cil il tarixlərində Muzey Mərkəzində keçiriləcək.

2. Rəşad Ələkbərovun fərdi sərgisi

YAY Qalereyası abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərovun “Something From Nothing” adlı fərdi sərgisini təqdim edir. 

3. "My Love" əl işləri sərgisi

Şənbə günü Hyatt Regency Hotel-də "My Love" əl işləri sərgisi keçiriləcək. Sərgidə 100-dən çox əl işləri ustası öz işləri ilə iştirak edəcəklər. Sərgiyə giriş ödənişsizdir. Sərgi yalnız 1 gün keçiriləcək.

Teatr

1. "Yağış göbələyinin macəraları" tamaşası

Azərbaycan Dövlət Musiqili teatrın səhnəsində R. Şəfəq və V. Ziminin eyni adlı əsəri əsasında "Yağış göbələyinin macəraları" adlı tamaşası nümayiş olunacaq.

Tamaşaya biletin qiyməti 6 manatdır.

2. "Mən və Mən" tamaşası

Dövlət Pantomima teatrında 18:00 –da nümayiş olunacaq. Tamaşanın quruluşçu rejjisoru və rəssamı Ceyhun Dadaşov, tamaşanın musiqi tərtibatçısı  Elman Rəfiyevdir.

3. "Durnabalığının buyruğu ilə" yeni il tamaşası

Azərbaycan Dövlət Rus Dram Teatrı 24 dekabrdan 8 yanvara qədər "Durnabalığının buyruğu ilə" yeni il tamaşasını təqdim edir. Tamaşada uşaqları Şaxta Baba və Qar qız gözləyir. Tamaşanın quruluşu teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskiyə məxsusdur. Tamaşada rolları teatrın gənc artistləri ifa edirlər. Bilet 5 manatdır.

4. "Toya bir gün qalmış" tamaşası

Azərbaycan Dövlət Musiqili Teatrı yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" tamaşasının premyerasını təqdim edəcək. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Əskər Əskərovdur. Tamaşada Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salmanova, Moyle Mirzəliyeva, Gültac Əlili, Hüseyn Əlili iştirak edir.

Konsert

1. Potap və Nastya Kamenski

Bakı şəhərinin klublarından birində Potap və Nastya Kamenskinin çıxışı gözlənilir! Bu konsert çox xüsusi olacaq — Sizləri 2 saatlıq şou, canlı səs və bu məşhur duetin bütün hitləri gözləyir! 

2. Rauf Atakişiyevin 90 illiyinə həsr olunmuş konsert

Fevral ayının 13-ü saat 19:00 da Filarmoniya səhnəsində tanınmış Azərbaycanın xalq artisti, musiqiçi, pianist, solist-müğənni Rauf Atakişiyevin 90 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Kino

Bu film ekstrimi sevənlər üçündür: “Və tufan qopdu”

Filmin süjeti 1952 ildə baş vermiş  hadisələrə əsaslanır. Sahil Təhlükəsizlik Xidməti Keyp Kod sahilində çovğun nəticəsində məhv olan bir cüt neft tankerinin ekipajının xilasetməsi üçün cəsarətli bir cəhd edir. 

Kinoteatrlar balacaları da unutmayıb. “Elvin və burunduklar 4” filminin nümayişi davam edir.

Bir sıra anlaşılmazlıq nəticəsində Elvin, Saymon və Teodor belə nəticəyə gəlirlər ki, Deyv Nyu-Yorkda yeni rəfiqəsinə evlilik təklifi edib onları atacaq. Deyvə çatıb onu dayandırmağa  və bununla özlərini Deyvi itirməkdən və güman ki, yeni ögey qardaş qazanmaqdan xilas etmək üçün onların yalnız üç günü var.

“Kunq- fu Panda 3” da balacalar tərəfindən ən çox izlənən filmlər sırasındadır. Uzun müddətdən sonra atası ilə qovuşan Po pandalar üçün gizli cənnətə yollanır. Orada onu şən soydaşları ilə görüş gözləyir. Lakin tezliklə cani Kay Çində bütün kunq-fu ustalarını məhv etməyə başlayır. Po qeyri-mümkün iş görməlidir – şən, yöndəmsiz soydaşlarına döyüş sənətini öyrətməli və onlardan kunq-fu döyüşçüləri dəstəsi yaratmalıdır.

Xəbər lenti
0