Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyaya qarşı sanksiyaları yumşalda bilər, o şərtlə ki...

© lifenews.ruКэмерон, Олланд, Меркель
Кэмерон, Олланд, Меркель - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin qənaətinə görə, sanksiyalar ABŞ və Avropa Birliyinin də maraqlarına cavab vermir: "Bu şərtlər Rusiya tərəfindən qəbul olunsa, sanksiyalar ləğv olunacaq"

Qərb Rusiyaya qarşı sanksiyaları yumşalda bilər, o şərtlə ki...
BAKI, 12 fev — Sputnik. "ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar siyasətini dəyişməlidirlər, çünki onlar tətbiq olunduqdan sonra dünyanın müxtəlif yerlərində yeni çağırış və təhlükələr yarandı. Bu təhlükələrə qarşı yalnız birgə mübarizə aparmaq olar".
Флаг России - Sputnik Azərbaycan
RUSİYA
Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı

Bunu "Avrasiyanı öyrənirik" Assosiasiyasının prezidenti Antonio Falliko bildirib. Onun sözlərinə görə, ABŞ və Qərb öz maraqlarını təmin etmək üçün Rusiyaya qarşı siyasətini dəyişməlidirlər, çünki Rusiyanın stabilliyini pozmaq cəhdləri məhz Qərbə ziyan vurur: "Məsələ tək Rusiyasız həll oluna bilməyən, Yaxın Şərqdən Koreya yarımadasınadək olan geosiyasi böhranda deyil. Bu, həmçinin miqrasiya, terrorizm, iqlim dəyişikliyi və epidemiyalarla bağlı olan problemlərə də aiddir".

Cənab Falliko hesab edir ki, Rusiyaya qarşı sanksiyalar iqtisadiyyatları ağır vəziyyətdə olan ABŞ və Aİ ölkələrinə ciddi ziyan vurur: "Nəticədə onlar hələ 2008-ci ildə başlayan böhranla bacarmır. ABŞ və Rusiya əsas ticarət tərəfdaşları olmasalar belə, bəzi sektorlarda qarşılıqlı tərəfdaşlıq hər ikisi üçün önəmlidir. Sanksiyalar ticarətin həcminə mənfi təsir edib, statistika isə onun zamanla daha da azaldığını göstərir".

Fallikonun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalara görə Avropa İttifaqının iqtisadiyyatı daha çox zərər görür: "Çünki Rusiya Aİ-nin üçüncü ticarət tərəfdaşıdır. Avropa Komissiyasının məlumatlarına əsasən, 2014-cü ildə onlar arasında ticarət dövriyyəsi 284 milyard avro təşkil edib, lakin 2015-ci ildə sanksiyalar səbəbindən 40% azalıb. Avropa əhalisi qarşılıqlı sanksiyaların neqativ təsirlərini görür və Rusiyanı pis qəbul etmir".

© sputnik.azFikrət Sadıxov_politoloq
Fikrət Sadıxov_politoloq - Sputnik Azərbaycan
Fikrət Sadıxov_politoloq

Politoloq Fikrət Sadıxov Sputnik-ə açıqlamasında bildirib ki, sanksiyalar nəticəsində bütün tərəflər əziyyət çəkir: "Rusiya əziyyət çəkir, onun iqtisadi və maliyyə vəziyyəti xeyli zəifləyib. Amma digər reallıq da ondan ibarətdir ki, bundan bir sıra iri Avropa şirkətləri də əziyyət çəkir. Bu onların da maraqlarına zidd olan bir tədbirdir. Təbii ki, müəyyən iş adamları və siyasətçilər hesab edirlər ki, bu sanksiyalar aradan götürülməlidir. Çünki həm dövriyyə, həm ticarət, həm də iqtisadiyyat və maliyyə problemləri var və bu ölkələr belə problemlərlə üzləşir".

Politoloq bu yaxınlarda sanksiyaların götürüləcəyinə inanmır: "Çünki geosiyasi vəziyyət və Qərblə Rusiya arasındakı qarşıdurma kifayət qədər gərgindir. Bu gərginlik hələ davam edəcək".

Politoloq İlqar Vəlizadə də, bütün çətinliklərə baxmayaraq, Qərbin öz mövqeyindən çəkilmək istəmədiyini deyir. O, Sputnik-ə şərhində bildirib ki, sanksiya tətbiq edən tərəf — Avropa İttifaqı ölkələri və ABŞ müəyyən şərtlər irəli sürüblər: "Bu şərtlər Rusiya tərəfindən qəbul olunsa, sanksiyalar ləğv olunacaq. Bu sanksiyaları aradan qaldırmaq üçün o şərtlərə əməl etmək lazımdır".

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Vəlizadənin sözlərinə görə, həm Qərb ölkələri, həm Rusiya bu sanksiyalardan zərər çəkir: "Amma müzakirələr və hadisələr onu göstərir ki, Qərb öz mövqelərindən çəkilmək istəmir. Belə vəziyyət davam etsə, Qərb çətin ki birmənalı olaraq sanksiyaları yumşaltsın və Rusiyaya tərəf hansısa addımlar ata bilsin".

Ekspertlərin də sözlərindən göründüyü kimi, Qərb yaxın müddət ərzində öz sanksiyalarından əl çəkməyəcək. Əksinə elan olunmamış "soyuq müharibə" daha da dərinləşəcək.

Xəbər lenti
0