BAKI, 18 dek-Sputnik. Avropa İttifaqı ölkələrinin daimi nümayəndələr komitəsi Rusiya qarşı sanksiyaların müddətinin daha 6 ay uzadılmasını təsdiq edib.
Sputnik-in məlumatına görə, bu haqda Brüsseldəki mənbə məlumat verib.
Sözügedən məhdudiyyət 2016-cı il iyulun 21-nə qədər qüvvədə qalacaq. Bu qərarın yazılı şəkildə təsdiqlənməsi dekabrın 21-də baş tutacaq. Bir gün sonra isə hüquqi sənəd Avropa İttifaqının jurnalında çap olunacaq.
Sanksiya ilə bağlı qərar veriləcəyi gözlənilən idi. Çünki Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa İttifaqının sammitinin açılışı ərəfəsi bəyan etmişdi ki, iqtisadi məhdudiyyətlərin uzadılmasını vacib hesab edir.
Bu cür bəyanatla digər avropalı siyasətçilər, o cümlədən Avropa Parlamentinin rəhbəri Martin Şults da çıxış edib.