QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərbaycan əsgəri erməni çobanı öldürməyib"

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Müdafiə Nazirliyinin gerbi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gerbi - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi erməni tərəfinin iddialarını təkzib edib: "Ermənilərdən fərqli olaraq Silahlı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur"

BAKI, 12 fev — Sputnik. "Ermənilərin növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrini mülki əhaliyə atəş açmaqda günahlandırmağa cəhd göstərməsi düşmən tərəfdə mövcud gərgin daxili kriminal vəziyyətin gizlədilməsinə hesablanmış addımdır".Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə açıqlama verilib.

Azərbaycan ordusunun əsgəri. Arxiv şəkili - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistanın kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb

"Dəfələrlə səsləndirilən fikri bir daha diqqətə çatdırırıq ki, ermənilərdən fərqli olaraq Silahlı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur", —deyə nazirlik bəyan edib.

MN-in məlumatına görə, erməni tərəfinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də adı çəkilən kəndin qoşunların təmas xəttindən xeyli aralıda yerləşməsidir: "Əminliklə bildiririk ki, Akop Ambarsumyan adlı şəxsin ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, bu gün Ermənistan KİV Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalini və mülki obyektləri atəşə tutması, nəticədə A. Ambarsumyan adlı çobanın aldığı güllə yarasından öldüyü barədə məlumat yayıb.

Xəbər lenti
0