QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb

© FlickrAzərbaycan ordusunun əsgəri. Arxiv şəkili
Azərbaycan ordusunun əsgəri. Arxiv şəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib.

BAKI, 12 fev — Sputnik. Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib.

İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib. Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Xəbər lenti
0