NATO donanması Egey dənizində keşik çəkəcək

© gazeta.ruABŞ Hərbi Dəniz Donanması
ABŞ Hərbi Dəniz Donanması - Sputnik Azərbaycan
Abunə olmaq
Alyans qərar verdi: Türkiyədən Yunanıstana miqrantları aparan insan qaçaqmalçılarına qarşı NATO gəmiləri səfərbər ediləcək

BAKI, 11 fev — Sputnik. NATO-ya üzv ölkələr Egey sularında insan qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün keşik çəkmək məsələsində razılığa gəliblər. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, iki gündür davam edən NATO müdafiə nazirləri toplantısından sonra — bu gün Brüsseldə jurnalistlərə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədən Yunanıstana miqrantları aparan insan qaçaqmalçılarına qarşı NATO gəmilərini səfərbər edəcəklərini söyləyib.

Rusya Devlet Başkanı Vladimir Putin Federal Meclis'e hitap ediyor. - Sputnik Azərbaycan
RUSİYA
Rusiya prezidenti: NATO-nu genişləndirmək Qərbin ən böyük səhvidir

Türkiyə, Almaniya və Yunanıstan "qaçqın böhranı" ilə mübarizəyə dəstək olmaları üçün NATO-ya çağırış etmiş, Yens Stoltenberq də dünən verdiyi açıqlamada toplantıda bu tələblərin diqqətlə qiymətləndiriləcəyini və narahatlıqların fərqində olduqlarını söyləmişdi. Stoltenberq Egey dənizində keşik çəkəcək NATO gəmilərinin qaçqınları daşıyan gəmiləri dayandırmaq, ya da geri döndərmək məqsədində olmadığını bildirib.

NATO-nun baş katibi bu qərarın Türkiyə və Yunanıstana "humanitar faciənin" idarə edilməsində daha çox kömək etmək məqsədiylə verildiyini də əlavə edib. Almaniyanın nəzarətində olan NATO-ya aid gəmilərin Türkiyə və Yunanıstandakı sahil təhlükəsizlik qrupları ilə əməkdaşlıq edəcəyi bildirilir.

ABŞ-ın müdafiə naziri Eşton Karter də bu gün Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən Türkiyə, Almaniya və Yunanıstanın tələblərini xatırladaraq, NATO-nun böhranla mübarizənin bir hissəsi olacağını açıqlamışdı.

Xəbər lenti
0