Açılmayan qətl

© evening-kazan.rutapança
tapança - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qətlə yetirilməsindən 7 il ötür.

BAKI, 11 fev — Sputnik. 2009-cu il fevralın 11-i Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda (səhər xidməti avtomaşınında işə gedərkən) qətlə yetirilib.

Rail Rzayev 1945-ci il mart ayının 10-da Salyan şəhərində anadan olub. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində daxil olub. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilib. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışıb.

1975-ci ildə Rail Rzayev SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra "N" hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlayıb. O, 1980-1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutub. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılıb.

1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlayıb. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi vəzifəsinə təyin olunub. Rail Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.

Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini alıb.

Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Xəbər lenti
0