BAKI, 10 fev — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev fevralın sonunda İrana səfər edəcək.
Sputnik-in nəlumatına görə, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.
Onun sözlərinə gprə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq: “Rəsmi səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq".