CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Külli miqdarda xarici valyutanı Azərbaycandan çıxartmaq cəhdi baş tutmadı

Abunə olmaq
Bakı-Dubay aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan vətəndaşı Fikrət Bayramov gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan etməyib.

BAKI, 10 fev — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdlərin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Bakı-Dubay aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Azərbaycan vətəndaşı Fikrət Bayramov gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan etməyib. Lakin vətəndaşın əl yükünə rentgen aparatı ilə baxış zamanı monitorda pul əskinaslarının təsviri görünüb.

F.Bayramovun əl yükünə təkrar baxış keçirilərkən və şəxsi yoxlama aparılarkən ona məxsusi çantadan, eyni zamanda üzərindən cəmi 17 500 ABŞ dolları aşkar edilib.

Bundan başqa, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən və bəyannamə təqdim etməyən Türkiyə vətəndaşı Kalender Ali İhsana məxsus əl yükü də rentgen aparatı ilə yoxlanılarkən monitorda pul əsginaslarının təsviri görünüb.

Təkrar baxış zamanı Kalender Ali İhsanın çamadanından 49 000 ABŞ dolları, üzərində şəxsi yoxlama aparılarkən isə pul qabından 700 ABŞ dolları aşkar olunub.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0