Xarici işlər naziri istefa verdi

© REUTERS / Jacky NaegelenLoran Fabius, Fransanın xarici işlər naziri
Loran Fabius, Fransanın xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq. Keçmiş nazir isə Konstitusiya Məhkəməsi Şurasının sədri təyin ediləcək.

BAKI, 10 fev — Sputnik. Fransanın xarici işlər naziri Loran Fabius vəzifəsindən istefa verib. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.

Jurnalistin "hökumətin iclasında bu sizin sonuncu iştirakınız idi?" sualına Fabius "bəli" cavabını verib. Xəbərə görə, prezident Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq.

Loran Fabius isə Fransa Konstitusiya Məhkəməsi Şurasının sədri təyin ediləcək. Artıq ölkə prezidenti Konstitusiya Məhkəməsi Şurası sədriliyinə Fabiusun namizədliyini irəli sürüb.

Xəbər lenti
0