SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ölkəmizdə Azərbaycan səfirliyinin açılmasını gözləyirik"

© Photo : REPORTMəhəmməd Tağı Xəlili, Əfqanıstanın Azərbaycandakı səfiri
Məhəmməd Tağı Xəlili, Əfqanıstanın Azərbaycandakı səfiri - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Tağı Xəlili: "Bəzən bizim iş adamları viza almaq istəyir. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm"

BAKI, 9 fev — Sputnik. "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir. Ümid edirik ki, yaxın zamanda Kabildə Azərbaycan səfirliyinin binası açılacaq". Sputnik xəbər verir ki, bunu "Report"a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.

O, səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu deyib: "Azərbaycanın Əfqanıstanda diplomatik missiyasının açılışı ölkələr arasındakı münasibətlərini daha da möhkəmləndirəcək. Bəzən bizim iş adamları viza almaq istəyir. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm".

Xəbər lenti
0