BAKI, 9 fev — Sputnik. Papua-Yeni Qvineya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib
Sputnik-in verdiyi məlumata görə, yeraltı təkanların episentri Panquna şəhərindən 96 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Fevralın 5-də Tayvanda 6,4 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 38 nəfər ölmüş, 100-dən çox insan itkin düşmüşdü.