İran avropalı müştərilərinə sutkada 300 min barrel neft satacaq

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın Total şirkəti artıq gündə 160 min barrel idxal etməyə hazırdır.

BAKI, 8 fev — Sputnik. İran avropalı müştərilərinə sutkada 300 min barrel neft satmağı planlaşdırır.

Sputnik The Wall Street Journal-ın məlumatına istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bican Zəngane bəyan edib.

İlk dəfədir ki, iranlı rəsmi bu istiqamətdə nəql olunacaq neftin həcmini açıqlayır. Yanvarın ortalarında İran hökuməti gündəlik hasilatı 500 min barrelə çatdırmaq barədə göstəriş verib. Bu hasilatın digər hissəsi Asiyaya yönəldiləcək.

Zənganenin sözlərinə görə, Fransanın Total şirkəti 16 fevraldan etibarən gündəlik 160 min barrel neft alacaq. WSJ-nin ticarət donanmasındakı mənbəsinin sözlərinə görə, Total artıq 2 milyon barrel yanacaq tutan tankeri icarəyə götürüb. Daha öncə, Total nümayəndələri gündəlik 150-200 min barrel neft ala biləcəyi barədə açıqlama vermişdilər. Zəngane bildirib ki, Total həmçinin İraqla sərhəddə yerləşən Cənubi Azadegan yatağına və sıxılmış təbii qaz layihəsinə maraq göstərir. Qərb şirkətləri sanksiyaların ləğvindən sonra ilk dəfədir ki, İran neftini nəql etməyə başlayıblar.

WSJ-nin məlumatına görə, ilk olaraq bu işə Glencore şirkəti başlayıb. Bu şirkətin icarəyə götürdüyü tanker iki gün əvvəl İranın Bəndən-Mahşəhr limanında 80 min ton neft yükləyib. FleetMon naviqasiya saytının məlumatına görə, gəmi Birləşmiş Ərəb Əmirlikləri istiqamətinə yola düşüb. Glencore-da bu məsələyə şərh verməkdən imtina ediblər. 

WSJ bildirir ki, bir çox gəmi nəqliyyatı şirkətləri İran neftini nəql etməkdən imtina edirlər. Səbəb İran təşkilatları ilə dollarla əməliyyatları qadağan edən ABŞ sanksiyalarıdır. Neftin əsas hissəsinin pulu dollarla ödənilir və bir çox avropalı şirkətlər ABŞ maliyyə strukturları ilə iş gördüklərindən və yaxud Amerika şirkətləri ilə tərəfdaşlıq münasibətlərində olduqlarından onların İranla əməkdaşlığı çətinləşir. Misal üçün, İran neftini daşımağa razılıq vermiş gəmi nəqliyyatı şirkətinin tərəfdaşı olan Böyük Britaniyanın sığorta qurumu bəyan edib ki, əgər İran neftini daşıma zamanı qəza baş verərsə, sığortaçılar dəyən ziyanı heç də tam ödəməyəcəklər. Yəni bu daşıma risqlə bağlıdır. 

İran milli neft şirkəti (NIOC) isə dollarla hesablaşmalardan imtina etmək fikrindədir. Ötən həftə şirkətin nümayəndəsi Reuters-ə bildirib ki, nəql olunan neftə görə hesabın avroda ödənilməsi tələb olunacaq.

Xəbər lenti
0