ELM

Webometrics nəticələri açıqladı: UNEC Azərbaycan birincisidir

© Sputnik / Murad OrujovЗдание Азербайджанского Государственного Экономического Университета
Здание Азербайджанского Государственного Экономического Университета - Sputnik Azərbaycan
Abunə olmaq
Webometrics göstəricilərinə əsasən UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləyib.

BAKI, 8 fev — Sputnik. Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” son siyahısını açıqlayıb.

Siyahıya görə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-ci ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə yüksəlib. Bununla da UNEC Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb.

Webometrics göstəricilərinə əsasən UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı, Avropa qitəsi üzrə 6055 universitet arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir.

UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir.

Webometrics reytinq sistemi haqqında: Webometrics sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlaryır. Bu iki ayın ilk 10 günü məlumatlar əldə edilir və ayın 28-dən tez olmayaraq ayın sonunda reytinq müəyyənləşir. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur, qəbul forması da yoxdur, hətta əlaqə saxlamaq üçün e-mail ünvan bele göstərilməyib. Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.

Xəbər lenti
0