CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar ASAN xidmət Qobustanda

© Photo : ASAN XidmətSəyyar ASAN Xidmət. Arxiv şəkli
Səyyar ASAN Xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur

BAKI, 8 fev — Sputnik. 8 fevral — 7 mart tarixində Səyyar ASAN xidmət Qobustan şəhərində Qobustan sakinlərinə səyyar formada xidmət göstərəcək. "ASAN" xidmətin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Asan xidmət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar ASAN xidmət İmişliyə gedəcək

Bu xidmətlərə aşağıdakılar daxildir:

• Notariat fəaliyyəti;

• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;• Əmək pensiyalarının təyinedilməsi;

• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

• Fərd iyaşayış evləriüzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əl çatanlığın təminediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0