Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda avtomobilin vurduğu velosipedçi ölüb

Abunə olmaq
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKI, 8 fev — Sputnik. Lənkəranda minik avtomobilinin vurduğu velosipedçi bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə fevralın 1-də axşam Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində qeydə alınıb.

Minik avtomobili velosipedlə hərəkət edən rayonun Üzümçülük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Arzuman Vəliəhd oğlu Qurbanovu vuraraq ona ağır bədən xəsarətləri yetirib. A. Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan sürücü bu gün səhər saatlarında ölüb. 

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xəbər lenti
0