"Ştirlis"in doğum günü

© Sputnik / РИА Новости / Mediabanka keçidВячеслав Тихонов в роли Штирлица
Вячеслав Тихонов в роли Штирлица - Sputnik Azərbaycan
Abunə olmaq
Populyar kinoaktyor Vyaçeslav Tixonov 1928-ci ilin bu günü Moskva Quberniyasının Pavlovski-Posad şəhərində anadan olub.

BAKI, 8 fev — Sputnik. SSRİ və Rusiyanın populyar kinoaktyoru Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva Quberniyasının Pavlovski-Posad şəhərində sadə fəhlə-qulluqçu ailəsində anadan olub.

Valideynləri onu aqronom və ya mühəndis görmək istəyiblər. Ancaq o 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" bədii filmində alıb.

Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olub. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmayıb və onlar ayrılıblar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olub. 42 yaşı olarkən narkotikdən istifadə edən Vladimir dünyasını dəyişib.

Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurub. Amma bu ailənin də ömrü uzun olmayıb. V.Tixonov ömrünün son 15 ilini tənhalıqda keçirib və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişib.

Vyaçeslav Tixonovun kinoda bir çox yaddaqalan, dramatik, xarakterli obrazlar yaradıb. Onun ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon-Ştirlis rolu olub. Amma aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq ağ Bim"dəki tənha qoca roludur. Çünki, burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.

Xəbər lenti
0