Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran Azərbaycanla birlikdə avtomobil istehsal edəcək

© AFP 2024 / ATTA KENAREİranda avtomobil istehsalı. Arxiv şəkli
İranda avtomobil istehsalı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Haşım Yeke Zare: "Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə "İran Khodro təmin etsin.

BAKI, 7 fev-Sputnik. İranın ən böyük avtomobil istehsalı şirkəti olan "İran Khodro" (IKCO) Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır.

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu "İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib.

O, ümid etdiyini bildirib ki, İranın özəl şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələ tezliklə həllini tapacaq və əlaqələr güclənəcək.

"Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə "İran Khodro təmin etsin. "İran Khodro"nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq".

Fransanın böyük avtomobil şirkətlərinin İrana yatıracaq sərmayələr haqqında danışan H. Y. Zare bildirib ki, Fransanın "Peugeot" şirkəti ilə müştərək şirkət təsis edəcəklər: "Bu şirkətin payının 50 faizi İranın, 50 faizi isə Fransanın olacaq. 4 ildən sonra isə həmin şirkət "İran Khodro" üçün müstəqil zavoda çevriləcək".

Onun sözlərinə görə, "Peugeot" şirkəti ilə imzalanmış müqavilənin dəyəri 500 milyon avrodur: "Tezliklə 15 min ədəd avtomobilin istehsalına başlanılacaq, gələcəkdə bu rəqəm 200 min ədəd avtomobilə çatacaq".

H. Y. Zare deyib ki, tezliklə "Fiat" şirkəti ilə də müqavilə imzalamaq məqsədi ilə danışıqlara başlayacaqlar: ""Fiat" müqavilə imzalamağa hazır olduğunu bildirib".

"İran Khodro" şirkətinin direktoru "Mercedes-Benz" şirkətinin də İran bazarında aktiv iştirak etməyə maraqlı olduğunu vurğulayıb.

O əlavə edib ki, hazırda İranın "Saipa" şirkəti ilə "Renault" şirkəti arasında da danışıqlar gedir: "Bu şirkətlər arasında müqavilə imzalandıqdan sonra "Renault" ilə də əməkdaşlığımızı davam etdirəcəyik".

Xəbər lenti
0