BAKI, 6 fev — Sputnik. Etiraf edək ki, Avropa olaraq indiyə qədər qaçqın böhranının həllinə o qədər də böyük töhfə verməmişik. Türkiyəni bu mövzuda tənqid etmək haqsızlıq olar.
APA-nın verdiyi xəbərə görə, bu sözləri Niderlandın baş naziri Mark Rutte deyib.
Türkiyənin suriyalı qaçqınlara göstərdiyi yardıma görə təşəkkür edən baş nazir böhran səbəbilə Türkiyədəki mövcud qaçqın sayının artacağını istisna etməyib: “Türkiyəli həmkarlarımı bu məsələdə qınaya bilmərəm. Türkiyə çox işlər görür”.