Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacaq

© Sputnik / Murad OrujovСнег в Баку
Снег в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 7-də paytaxt Bakıda 5-7 dərəcə isti olacaq.

BAKI, 6 fev — Sputnik. Fevralın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Fevralın 7-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. 

Xəbər lenti
0