BAKI, 6 fev – Sputnik. Birləşmiş Millətlər Təşkilatı “Wikileaks”in qurucusu Culian Assanjın azadlıqdan məhrum edilməsinin qanunsuz olduğunu açıqlayıb.
Sputnik Russia Today-ə istinadən xəbər verir ki, bu barədə Assanjın məsələsini araşdıran BMT-nin İşçi Qrupu məlumat yayıb.
Qərarda qeyd olunub ki, qanunsuz olaraq axtarışa verildiyinə görə İsveç hökuməti, Assanjı həbs edərək rəsmi Stokholma ekstradisiya etmək istəməsinə görə isə Böyük Britaniya “Wikileaks”in qurucusuna kompensasiya ödəməlidir.
Qeyd edək ki, BMT-nin bu qərarı tövsiyyə xarakteri daşıyır.
Culian Assanj bir müddət öncə BMT-yə məktub ünvanlamışdı. O şikayətini araşdıran BMT-nin İşçi Qrupu onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olacağını söyləmişdi
Xatırladaq ki, C.Assanj 2012-ci ilin iyunundan bugünədək Ekvadorun Böyük Britanniyadakı səfirliyinə sığınıb.
Britaniya polisi Assanj Ekvador səfirliyindən çıxacağı təqdirdə onu həbs edəcəyini bildirir.