Əhməd Davudoğlu: Suriya-Türkiyə sərhədinə 15 minə yaxın insan gəlib

© ulkedehaberƏhməd Davudoğlu - Türkiyənin baş naziri
Əhməd Davudoğlu - Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Davudoğlu qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub.

BAKI, 5 fev — Sputnik. Fevralın 5-də Suriya-Türkiyə sərhədinə Hələb şəhərindən 15 minə yaxın insan gəlib.

Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Çox təəssüf ki, Hələb darmadağın edilib. Hazırda bu şəhərdən 15 minə yaxın insan sərhədimizə pənah gətirib. Biz onların bütün tələbatlarını təmin edəcəyik”, deyə Ə.Davudoğlu bildirib.

O qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub. 

Xəbər lenti
0