Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Abunə olmaq
Bakının Suraxanı rayonunda sahibləri məlum olmayan “VAZ”, “BMW” və “Opel” markalı minik avtomobilləri toqquşub.

BAKI, 5 fev — Sputnik. Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda sahibləri məlum olmayan “VAZ”, “BMW” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Nəticədə, “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0