"Rusiya Avropa sərhədlərinə əlavə hərbi qüvvə yeridə bilər"

© youtubeQabil Huseynli
Qabil Huseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Avropanı təsir altında saxlamaq üçün ən yaxşı yer Kalininqraddır. Moskvanın fəaliyyəti güclərin adekvat şəkildə təmsil olunmasından ibarət olacaq"

BAKI, 4 fev — Sputnik. "Moskva Vaşinqtonun Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı kompensasiyaedici tədbirlər görəcək". Sputnik xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib.

Kelin bildirib ki, amerikalılar növbəti il üçün Avropada hərbi xərcləri 4 dəfə artıracaqlarını bəyan edib: "ABŞ-ın bu addımına qarşı simmetrik tədbirlərin görülməsi lazım deyil. Normal hərbi-strateji səviyyənin saxlanılması üçün kompensasiyaedici tədbirlər görülür və görüləcək".

Qeyd edək ki, Ağ Ev administrasiyası 2017-ci il maliyyə ilində avropalı tərəfdaşlarının müdafiəsi üçün 3,4 milyard dollar ayıracağını açıqlayıb.

Mövzunu Sputnik üçün dəyərləndirən politoloq Qabil Hüseynli, Rusiyanın açıqladığı konpensasiya edici tədbirlər nədən ibarət ola biləcəyi ehtimalını dəyərləndirib: "Bu ancaq adekvat miqdarda silah və sursatı sərhəd boyu, o cümlədən Kalininqrad vilayətinə yerləşdirmək ola bilər. Çünki Avropanı təsir altında saxlamaq üçün ən yaxşı yer Kalininqraddır. Moskvanın fəaliyyəti güclərin adekvat şəkildə təmsil olunmasından ibarət olacaq".

Politoloq bildirib ki, Rusiyanın NATO-ya cavabı ancaq Avropa sərhədi boyunca öz torpaqlarında silah-sursat yerləşdirməkdən ibarət olacaq.

Xəbər lenti
0