Anjey Kasprşik 20-ci dəfədir öz vəzifəsində saxlanılıb

© trendАнджей Каспршик
Анджей Каспршик - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin mandatı daha bir il müddətinə uzadılıb.

BAKI, 4 fev-Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin mandatı daha bir il müddətinə uzadılıb.

Sputnik ATƏT-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Kasprşiklə bağlı qərar ATƏT Daimi Şurasının iclasında açıqlanıb.

Polşalı diplomat 20-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Kasprşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

Xəbər lenti
0