Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro maliyyə yardımını təsdiqləyib

© Photo : PACE's official websiteПарламентская ассамблея Совета Европы
Парламентская ассамблея Совета Европы - Sputnik Azərbaycan
Abunə olmaq
İttifaqın 28 üzvünün hamısı, o cümlədən də daha əvvəl Türkiyəyə zəruri vəsaitlərin ayrılmasını blok edən İtaliya yardımla bağlı qərara səs verib.

BAKI, 3 fev-Sputnik. Bu gün Avropa İttifaqı miqrasiya böhranı ilə əlaqədar Türkiyəyə 1 milyard avro maliyyə yardımını təsdiqləyib.

Sputnik-in məlumatına görə, bu barədə Reuters agentliyi xəbər yayıb.

Avropa Komissiyasından verilən xəbərdə bildirilir ki, İttifaqın 28 üzvünün hamısı, o cümlədən də daha əvvəl Türkiyəyə zəruri vəsaitlərin ayrılmasını blok edən İtaliya yardımla bağlı qərara səs verib.

Niderlandı Ai-də təmsil edən xarici işlər naziri Bert Kunders bildirib ki, Aİ ölkələri Türkiyədəki qaçqınlara yardım fonduna maliyyə yardımı vəsaitlərinin üçdə ikisinin daxil olmasını təmin etməyə razılıq verib.
Daha əvvəl Almaniyanın federal-kansleri Angela Merkel və xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan ediblər ki, Avropadakı miqrasiya böhranının aradan qaldırılmasında Türkiyə başlıca rol oynayır.

Yanvarın 30-da Almaniyanın "Welt" qəzeti Türkiyənin miqrasiya böhranı ilə əlaqədar Avropa İttifaqından 5 milyard avro alacağını yazmışdı. Əvvəl bu məbləğin 3 milyard olacağı bildirilirdi.

1 milyard avro Aİ fondlarından, daha 2 milyard isə quruma üzv olan ölkələr öz büdcələrindən ayırmalı idilər.

Bu barədə qərar ötən ilin noyabrında Brüsseldə keçirilən Avropa İttifaqı — Türkiyə ikitərəfli sammitində verilmişdi.

Xəbər lenti
0