Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bank of Azerbaijan"ın əmanətçilərinə 12 mln.manatdan artıq kompensasiya ödənilib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМонеты
Монеты - Sputnik Azərbaycan
Abunə olmaq
Bu bankın əmanətçilərə ödəyəcəyi kompensasiyanın ümumi məbləği 24,2 mln. manatdır.

BAKI, 3 fev-Sputnik. "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinin sığortalanmış əmanətlərinin geri qaytarılması ilə bağlı ərizələrin qəbuluna başlanılıb. Ərizələr əmanətçilərə kompensasiya ödənişini həyata keçirəcək agent bankların filiallarında 29 yanvar 2016-cı il tarixindən etibarən qəbul edilir. 

Sputnik Əmanətlərin Sığortalanması Fondunun məlumatına istinadla xəbər verir ki, "Bank of Azerbaijan" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən 5 gün ərzində 12 mln. manatdan artıq kompensasiya ödənilib.

Bu bankın əmanətçilərə ödəyəcəyi kompensasiyanın ümumi məbləği 24,2 mln. manatdır.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə, Fond tərəfindən hər bir əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC və "Rabitə Bank" ASC seçilib.

Xəbər lenti
0